“AtaBank”da 2,5 milyon manatlıq mənfəət | Banco.az

“AtaBank”da 2,5 milyon manatlıq mənfəət

Uğurlu korporativ menecment sayəsində “AtaBank” 2017-ci ilin ötən müddəti ərzində 2,5 milyon manatlıq mənfəətə çıxıb.

“Marja”nın məlumatına görə, bunu bu gün keçirilmiş mətbuat konfransında “AtaBank” ASC-nin İdarə Heyətinin sədri Dəyanət Quliyev bildirib.

Sədr qeyd edib ki, “AtaBank”ın cari ili mənfəət ilə başa vuracağı gözlənilir:

“2017-ci il 2016-cı illə müqayisədə daha az çətinliklərin olduğu ildir. Ən çətin il olan 2016-cı ildə belə biz mənfəət əldə edə bildik. 2017-ci ili də xalis mənfəət ilə başa vuracağımızı, iqtisadi artımın sürətlənməsilə bağlı olaraq 2018 və 2019-cu illərdə daha yüksək xalis mənfəət əldə edəcəyimizi gözləyirik”.

Ən sərfəli kredit üçün müraciət et

Dəyanət Quliyev qeyd edib ki, “AtaBank”da ödəmə vaxtı keçmiş kreditlərin cəmi kredit portfelində xüsusi çəkisi ölkə ortalamasından (15%) aşağıdır:  “Artıq vaxtı keçmiş kreditlərin artması dayandırılıb. Biz ödəmə vaxtı keçmiş kreditlərdən də yığmağa başlamışıq”.

Kredit portfelinin yalnız yerli resurslar hesabına formalaşdığını qeyd edən Dəyanət Quliyev, “AtaBank”ın 546,1 milyon manat kredit portfeli ilə ölkə bankları arasında 4-cü yerdə olduğunu əlavə edib.

Ən sərfəli krediti almaq üçün müraciət et