"Atabank" və "CDB"-nin konsalidasiyasına Avropa təcrübəsi olan kadrlar cəlb edilib | Banco.az

"Atabank" və "CDB"-nin konsalidasiyasına Avropa təcrübəsi olan kadrlar cəlb edilib

“Atabank” və “Caspian Development Bank” (CDB) ASC-lərin konsalidasiyası kompleks bir prosesdir.

Bunu bankların birləşməsi ilə bağlı keçirilən bugünkü mətbuat konfrasında bankların aktivlərinin qiymətləndirilməsini həyata keçirən “PWC Azerbaijan” audit şirkətinin idarəedici partnyoru Mövlan Paşayev deyib.

Onun sözlərinə görə, konsalidasiya prosesi zamanı maliyyə, kadr, informasiya texnologiyaları, hüquq və vergi amilləri nəzərə alınmalı və idarə olunmalıdır: “Aktivlərin qiymətləndirilməsinin aparılmasına məsul olacaq “PwC” şirkəti bu prosesi maksimum tez, müştərilər üçün fasiləsiz, menecment üçün çevik və rahat şəkildə həyata keçirəcək. Bankların menecmenti konsolidasiya prosesinin nümunəvi keçirilməsi, yüksək səmərəli, cəlbedici müştəri xidməti, daha güclü və dayanıqlı bank yaradılmasına nail olmağı hədəfləyib. Bunun üçün şirkətin yerli və regional bank mütəxəssislərindən ibarət olan komanda qurulub, postsovet və Avropa ölkələrində oxşar birləşmələr aparmış böyük təcrübəyə malik kadrlar cəlb edilib”.

Ən sərfəli kredit üçün müraciət et

O, həmçinin qeyd edib ki, artiq konsolidasiya prosesinin yol xəritəsi hazırlanıb və işçi qrupları onun icrasına başlayıb: “Konsolidasiya prosesi iki mərhələdən – birləşmə və inteqrasiyadan ibarət olacaq. İlkin mərhələdə qiymətləndirmə aparılacaq, mövcud maliyyə, hüquq, kommersiya vəziyyəti yoxlanacaq və bunun əsasında inteqrasiya mərhələsində konkret addımlar müəyyən ediləcək”.

Mənbə: Report.az