Atabank və CDB Bank hansı formada birləşir? (foto) | Banco.az

Atabank və CDB Bank hansı formada birləşir? (foto)

Atabank və CDB bank birləşir.  Birləşmə nəticəsində yeni yaranan bank brend olaraq, Atabankın adını daşıyacaq və birləşmənin hüquqi varisi qismində Atabank çıxış edəcək. Yeni bankın idarə heyətinin sədri Dəyanət Quliyev olacaq, yeddi nəfər üzvdən ibarət olan idarə heyətində CDB bankın mövcud idarə heyətinin üzvləri də yer alacaq.  Bankın müşahidə  şurasının sədri vəzifəsini isə Fərəh Məmmədova icra edəcək.

Birləşmənin səhmlərin və ya aktivlərin alınması formasında həyata keçirilməsi isə hələ də müzakirəyə açıq qalır. Bankların yenidən təşkili ilə əlaqədar aktivlərin qiymətləndirilməsinə görə məsul olan “PWC” şirkətinin təmsilçisi Mövlan Paşayev birləşmənin hansı formada həyata keçirilməsinin detallarının hələ ki dəqiqləşdirilmədiyini söylədi və ümumilikdə konsolidasiyanın mürəkkəb proses olduğunu qeyd etdi.

Hər iki bankın əsas səhmdarının  “Synergy Group” MMC olması birlşmənin gerçəkləşməsini daha real edir və  müştərilər üçün təhlükəsiz edir.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, Azərbaycan banklarında birləşmə tendensiyası və ənənəsi çox zəifdir. Bundan öncə 2016-ci ildə"NBC Bank", "Parabank" və "KredoBank" konsolidasiya ilə bağlı niyyət protokolu imzalasa da nəticədə heç bir birləşmə baş vermədi və banklardan ikisi sonda öz lisensiyasını itirmiş oldu. 

Könül Soltanova, Banco.az