"AtaBank" ASC səhmdarlarının növbəti yığıncağını çağırıb. 20 iyul 2018-ci il tarixində keçiriləcək yığıncağın gündəliyinə 2017-ci maliyyə ili üzrə Müşahidə Şurasının və İdarə Heyətinin hesabatı, "AtaBank" Açıq Səhmdar Cəmiyyətinin 2017-ci maliyyə ili üzrə illik hesabatlarının, mühasibat balansının, mənfəət və zərər hesablarının təsdiq edilməsi və mənfəətinin müzakirəsi məsələləri daxildir.
"AtaBank"ın səhmdarları "Synergy Group" (86%), Əşrəf Kamilov (9,3%) və Mahir Rəfiyevdir (4,7%).
FED.az