“Atabank” ötən ilin yekun maliyyə nəticələrini açıqlayıb.
Banco.az bankın dərc etdiyi hesabatlara əsasən xəbər verir ki, 30 dekabr 2016-cı ildə bankın cəmi aktivləri 472 mln. 541 min 860 manat olub. Bankın aktivləri keçən ilin 30 sentyabr göstəriciləri ilə müqayisədə 1,4% azalıb.
Bankın kapitalı 59 mln. 811 min 189 manat həcmində qeydə alınıb.
Sözügedən dövrdə bankın kredit portfeli 406 mln. 533 min manat olub, bu isə keçən ilin 2-ci rübü ilə müqayisədə 6,1 mln. manat artım deməkdir.
Müştərilər tərəfindən yerləşdirilən depozitlərin həcmi 269 mln. 591 min 400 manat olub.
Bank ili mənfəət ilə başa vurub. 30 dekabr 2016-cı ildə bankın mənfəəti 1 mln. 109 min 980 manat olub. Vergilər çıxıldıqdan sonra isə bankın xalis mənfəəti 340 min 380 manat olub.
1993-cü ildən uğurla fəaliyyət göstərən AtaBank Azərbaycanın ən böyük kommersiya banklarından biridir. AtaBank yüksək texnologiyalı universal bank hesab olunur və öz korporativ və fərdi müştərilərinə tam xidmətlər kompleksi təqdim edir.