AtaBank ötən ili mənfəətlə başa vurub | Banco.az

AtaBank ötən ili mənfəətlə başa vurub

“AtaBank” ASC ötən ilin maliyyə göstəricilərini açıqladı. 

Bankdan verilən məlumata görə “AtaBank” ASC-nin cəmi aktivləri 607,2 milyon manat təşkil etmişdir ki, bu da 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 4,0% artım deməkdir.

Bankın 2015 – ci ilin sonuna kredit portfeli 530,4 milyon manat, cari hesablar da daxil olmaqla öhdəlikləri 534,0 milyon manat, o cümlədən müddətli əmanət portfeli 443,5 milyon manat, fiziki şəxslərin müddətli əmanətləri 260,8 milyon manat, məcmu kapitalı isə 53,7 milyon manat olmuşdur.

Ən sərfəli kredit üçün müraciət et

Bank ötən ili 1,4 milyon manat xalis mənfəətlə başa vurmuşdur.

Ən sərfəli krediti almaq üçün müraciət et