AtaBank-ın əmək haqqı kart sahiblərinə şad xəbər | Banco.az

AtaBank-ın əmək haqqı kart sahiblərinə şad xəbər

“AtaBank” ASC müştərilərinə növbəti “Overdraft” kredit məhsulunu təqdim edir. Artıq əmək haqqına qədər pulunuz qurtardığı zaman heç kimdən borc axtarmağa ehtiyac yoxdur, “AtaBank” əmək haqqı layihəsinə qoşulmuş bütün müştərilərinə əmək haqqı kartına bağlı kredit xətti təklif edir. “Overdraft” kredit məhsulunu əldə etmək üçün sadəcə şəxsiyyət vəsiqəsi və əmək haqqı kartı olması kifayətdir.

Xatırladaq ki, “AtaBank”-ın digər çox sərfəli Ekspress, Klassik, Lombard və Avtomobil kredit məhsulları da mövcuddur. Ən əsası isə “AtaBank”-dan kredit kartı əldə edən müştərilər, dünyanın istənilən yerində bu kartlardan istifadə etmək imkanı əldə edirlər.

Ən sərfəli kredit üçün müraciət et

WhatsApp istifadəçiləri AtaBank-ın WhatsApp əlavəsinə bağlı olan 050 9999136 telefon nömrəsinə yazaraq yeni məhsul haqda istənilən məlumatı operativ əldə edə bilərlər.

1993-cü ildən fəaliyyət göstərən “AtaBank” ASC 100% yerli kapitala malik, qabaqcıl texnologiyalı universal Azərbaycan bankıdır. Bank Bakıda və ölkənin müxtəlif regionlarında korporativ və fərdi müştərilərə tam xidmətlər spektrini təqdim edir.

Ən sərfəli krediti almaq üçün müraciət et