“AtaBank”-dan Silahlı Qüvvələr Günü münasibəti ilə plastik kartlara 50% endirim! | Banco.az

“AtaBank”-dan Silahlı Qüvvələr Günü münasibəti ilə plastik kartlara 50% endirim!

“AtaBank” ASC, 25 iyun - 10 iyul 2018-ci il tarixlərində Silahlı Qüvvələr günü münasibəti ilə hərbçilərimiz üçün xüsusi kampaniyaya start verir. Kampaniyanın şərtləri isə cox rahatdır. Hərbçi vəsiqəsini təqdim etməklə “AtaBank” ASC-nin VİSA Electron plastik kartlarına 50% endirim əldə etmək olar.

Ən sərfəli kredit üçün müraciət et

Kampaniyanın əsas məqsədi bayram əhval-ruhiyyəsini qaldırmaq və hərbçilərimizə bu bayram günlərində sevinc hissi  bəxş etməkdir.

1993-cü ildən fəaliyyət göstərən “AtaBank” ASC 100% yerli kapitala malik, qabaqcıl texnologiyalı universal Azərbaycan bankıdır. Bank Bakıda və ölkənin müxtəlif regionlarında korporativ və fərdi müştərilərə tam xidmətlər spektrini təqdim edir.