AtaBank da koronavirusla mübarizəyə dəstək oldu | Banco.az

AtaBank da koronavirusla mübarizəyə dəstək oldu

Hər zaman korporativ sosial məsuliyyətə böyük önəm verən “AtaBank” ASC dövlət tərəfindən koronavirusun (COVID-19) yayılmasına qarşı yönəlmiş və onun mənfi təsirini azaltmaq üçün həyata keçirdiyi tədbirləri tamamilə dəstəkləyir.

Beləliklə, ölkə Başçısı cənab İlham Əliyevin 19 mart 2020-ci il tarixli Fərmanı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna AtaBank 100 min manat məbləğində ianə köçürüb.

Ən sərfəli kredit üçün müraciət et

Bankın bu mübarizəyə dəstək olmaq qərarı xalqımızla həmrəy olmasının bir nümunəsidir.

1993-cü ildən fəaliyyət göstərən “AtaBank” ASC 100% yerli kapitala malik, qabaqcıl texnologiyalı universal Azərbaycan bankıdır. Bank Bakıda və ölkənin müxtəlif regionlarında korporativ və fərdi müştərilərə tam xidmətlər spektrini təqdim edir.

Ən sərfəli krediti almaq üçün müraciət et