1993-cü il 12 noyabr tarixindən uğurla fəaliyyət göstərən AtaBank Azərbaycanın ən böyük kommersiya banklarından biridir. AtaBank yüksək texnologiyalı universal bank hesab olunur.
O, ölkənin ən etibarlı maliyyə strukturlarındandır. Bank korporativ və fərdi müştərilərə tam spektr xidmətlər təqdim edir.
1997- ci ildə AtaBank Bakı Banklarаrası Valyuta Birjasının tamhüquqlu üzvü olub. Növbəti illər ərzində bank öz tarixində cığır açacaq təşkilatlara üzv olaraq qəbul olundu. Bunlara Azərbaycan Banklar Assosiasiyasını, Bakı Fond Birjasını, Sahibkarlığa Kömək Milli Fondunu, Azərbaycan İpoteka Fondunu, Əmanətlərin Sığortalanması Fondunu, Azərbaycan Risk Peşəkarları Assosiasiyasını misal göstərmək olar.
2003-cü ilin noyabr ayından AtaBank dünyanın hər yerində fəaliyyət göstərən Beynəlxalq pul köçürmələri sistemi "Western Union"-un üzvü statusunu əldə etdi. Bu sistem pul vəsaitlərinin cəmi bir neçə dəqiqə ərzində istənilən yerə köçürülməsini təmin edəcəkdi. Hazırda bank "Migom", "Western Union", "Coinstar", "Contact", "PrivatMoney" , "Lider","Monex", "Xpress money", "Золотая Корона", "Blizko" kimi sürətli pulköçürmə sistemlərinə qoşulub .
2004-cü il VİSA İnternational Beynəlxalq ödəniş sisteminin assosiativ üzvü olan AtaBank bu sistemin 3 məhsulunun (VİSA Electron, VİSA Classic, VİSA Gold) emissiyasına başladı. 2006-cı ilin may ayından etibarən Bank Visa İnternational sisteminə tam hüquqlu üzv seçildi. 2007-ci ilin may ayında Bank Visa Platinum və Visa Business plastik kartlarının emissiyasını həyata keçirir. Hər zaman yeni məhsullarla bazarı canlandıran AtaBank 2007-ci ildə də bu xəttə sadiq qaldı və fərdi dizaynlı Visa Electron Solo və Visa Classic Solo kartlarını hazırlayıb müştərilərə təqdim etdi.
Əlavə olaraq plastik kart bazarının artan tələblərini ödəmək məqsədilə 2007-ci ildə plastik kartlar və elektron ödənişlərə həsr olunmuş xüsusi www.atacard.az saytı hazırlanıb istifadəyə verildi.
Cənubi Qafqazda ilk dəfə olaraq AtaBank ətirli kartlar emissiyasına başlamışdır. Bankın müştəriləri Visa Elektron Aroma Lemon və Visa Classic Aroma Coffee kartları ilə AtaBank fərqini bir daha duydular.
2010-cu ildə AtaBank MDB məkanında bir ilkə imza atdı. Visa Electron Vertical kartını buraxmaqla «yenilikçi» statusunu möhkəmləndirdi. AtaBank 2013 - cü ildə 4 məhsulun (Maestro, MasterCard Standard, MasterCard Gold, MasterCard Platinum) emissiyasına başladı.
Səhmdarlar
AtaBank səhmlərinin 76%-i “AtaHolding” ASC, 24%-i fiziki şəxslərə mənsubdur.
AtaBankın Bakı və rayonlarda 25 filialı, 75 bankomatı, 8056 POS-terminalı vardır.
Bankın maliyyə hesabatları artıq 7 ildir ki , beynəlxalq audit şirkəti tərəfindən təsdiq edilir. Hazırda bankın beynəlxalq audit şirkəti "Deloitte & Touche LLC" şirkətidir.
Bank öz məqsəd və hədəfləri üzrə hərəkət edir. Bəlkə də düzgün idarəetmənin nəticəsidir ki, bank 21 il ərzində uğurlara dayanmadan imza atır. Bankın qarşısında duran əsas məqsədləri insan resurslarının idarə edilməsi sistemlərinin təkmilləşdirilməsi, maliyyə menecmenti işini, İT işini təkmilləşdirmək, bankın bazar dəyərini artırmaq, beynəlxalq əlaqələrini gücləndirmək və ən əsası yüksək keyfiyyətli xidməti təmin etməkdir.
2013-cü ilin yekunlarına əsasən bankın maliyyə göstəriciləri aşağıdakı kimidir
Maliyyə göstəriciləri |
Min manatla |
Məcmu Kapital |
45899.79 |
Cəmi aktivlər |
374 866,8 |
Kredit portfeli |
229 331,7 |
Xalis əməliyyat mənfəəti |
5 569,66 |
Qeyri faiz gəlirləri |
8 417,74 |
Depozit portfeli |
318 695,4 |
Bankın aktivlərinin, məcmu kapital və kredit portfelinin dinamikasını nəzərdən keçirək.
Günel Abduraxmanova & Könül Soltanova / Banco.az