"AtaBank" ASC öz yeni imic çarxını yayımladı.
Çarxda "AtaBank"ın 21 illik fəalliyəti dövründə müştəriləri üçün verdiyi əmək və sevginin bəhrə görməsindən danışılır. "AtaBank Bir Addım Öndə" şüarı ilə sonlanan çarx AtaBankın missiyasının cəmiyyətə çatdırılmasına müvəffəq olmuşdur.
Qeyd edək ki, 1993-cü ildən uğurla fəaliyyət göstərən AtaBank Azərbaycanın ən böyük kommersiya banklarından biridir. AtaBank yüksək texnologiyalı universal bank hesab olunur və öz korporativ və fərdi müştərilərinə tam xidmətlər kompleksi təqdim edir. O, ölkənin ən etibarlı maliyyə strukturlarındandır.