“Atabank” ASC-nin balansındakı daşınar əmlak açıq hərraca çıxarılacaq | Banco.az

“Atabank” ASC-nin balansındakı daşınar əmlak açıq hərraca çıxarılacaq

İyunun 22-si saat 11:00-da “Bakı Hərrac Mərkəzi”ndə Əmanətlərin Sığortalanması Fondunun ləğvetməsində olan “Atabank” ASC-nin balansındakı daşınar əmlak açıq hərraca çıxarılacaq.

Fonddan bildirilib ki, daşınar əmlak 1 ədəd “ProLiant DL360 Gen9” markalı server avadanlığıdır. Daşınar əmlakın ilkin satış qiyməti 1600 manatdır. Satış qiymətinin 5 faizi həcmində beh hərrac təşkilatına, alış qiyməti 7 təqvim günü ərzində sifarişçinin hesabına ödənilməlidir. Açıq hərracda iştirak etmək üçün lazımi sənədlər: F/Ş şəxsiyyət vəsiqəsi, H/Ş təsis sənədləri. Ünvan: Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Badamdar şoşşesi 27 (“AVİS” aptekin arxası). Tel: 050/055-206-66-67

Azərtac

Bizi sosial şəbəkələrdən izləyin!!

Ən sərfəli kredit üçün müraciət et

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et