“Ata Holding”-in rəhbərliyində vəzifə dəyişikliyi olub | Banco.az

“Ata Holding”-in rəhbərliyində vəzifə dəyişikliyi olub

“Ata Holdinq” MMC-nin rəhbərliyində vəzifə dəyişikliyi olub.

“İdarə Heyəti sədri” vəzifəsi dəyişdirələrək “Baş Direktor” vəzifəsi ilə əvəz olunub. Vəzifə dəyişsə də icraçı dəyişməyib və hazırda bu öhdəliyi “ATA Sığorta” ASC-nin Direktorlar Şurası sədri Adıgözəl Ağayev daşıyır. Qeyd edək ki, hazırda Müşahidə Şurası iki, İdarə Heyəri isə 1 nəfərlə təmsil olunur.

Xatırladaq ki, “Ata Holdinq”in nizamnamə kapitalı 125 345 000 manat təşkil edir.

Adıgözəl Ağayev

1978-1983-cü illərdə D.Bunyat-zadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun Ümumiqtisad fakültəsində təhsil alaraq iqtisadçı mühəndis ixtisasına yiyələnmişdir.

1983-ci ildə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Hesablaşma mərkəzində iqtisadçı vəzifəsinə, 1987-ci ilin dekabr ayından isə qrup rəhbəri vəzifəsinə təyin olunmuşdur.

1989 -cu ilin iyun ayından Respublika Aqrar Sənaye Bankında aparıcı, 1992-ci ildən baş iqtisadçı vəzifəsində işləmişdir.

Ən sərfəli kredit üçün müraciət et

Milli Bankın dəvəti 1993-cü ilin aprel ayından 2004-cü ilin sonunadək bank sektorunda əmək fəaliyyətini davam etdirmiş, Mərkəzi Bankda baş müfəttiş, şöbə rəisi və direktor müavini vəzifələrində calışmışdır.

2004-cü ilin oktyabr ayından Milli Bankda yeni yaradmış Beynəlxalq Maliyyə Hesabatları Standartlarının tətbiqi qrupuna rəhbərlik etmişdir. Respublikada fəaliyyət gostərən bankların beynəlxalq hesabatlıq sisteminə keçirilməsi prosesində USAİD-in Bank nəzarəti üzrə ekspertlər qrupu ilə əməkdaşlıq etmişdir.

“AtaHolding” ASC-də əmək fəaliyyətinə 06 yanvar 2005-ci ildən Maliyyə departamentinin direktoru vəzifəsindən başlamış, 17 dekabr 2005-ci il tarixində İdarə Heyətinin sədr müavini və Audit Komitəsinin üzvü təyin olunmuşdur.

15 oktyabr 2012-ci il tarixindən “AtaHolding” ASC İdarə Heyətinin sədridir, eyni zamanda “AtaSığorta” ASC Direktorlar Şurasının sədridir.

Ailəlidir, iki övladı var.

moneta.az