Astarı üzündən baha ipoteka | Banco.az

Astarı üzündən baha ipoteka

İpoteka - öhdəliyin icrasının təmin edilməsi üsulu olaraq daşınmaz əşyaların və rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alınan daşınar əşyaların girovudur.
İpoteka ilə borc, alqı-satqı, podrat və başqa mülki-hüquqi müqavilələrdən irəli gələn həqiqi tələblər təmin edilə bilər. 
Günümüzdə ipoteka kreditləri mənzil alqı-satqısı üçün istifadə olunur. Yəni, müəyyən şərtlər daxilində daşınmaz əmlakı girov qoymaqla mənzil sahibi olmaq olar.

Bu kredit uzun müddətli dövr üçün verilir. Dünya reallığı ilə qarşılaşdırdıqda ölkəmizdə ipoteka almaq üçün tələb olunan sənəd və faiz dərəcələrinin çoxluğu demək olar ki, insanların ipoteka sənədləşməsindən qaçmasına səbəb olur. Hər bir halda ipoteka kreditləşməsi zamanı tələblərin azaldılmasını ümüd etmək olar. Sizə ipoteka zamanı tələb olunan sənədlər toplusu maraqlıdırsa, bu keçiddən (http://banco.az/az/news/uzun-sened-siyahisi-ipotekanin-en-yorucu-merhelesi) istifadə edərək məlumat əldə edə bilərsiniz. 

İpoteka kreditinin verilməsinin həyata keçirilməsi yalnız sənədləşmə ilə bitmir. Kreditin verilməsi müddətində tələb olunan xərclər heç az deyil. İpoteka kreditlərinin rəsmiləşdirilməsi üçün tələb olunan rüsum və müddətlər haqqında aşağıdakı cədvəllərdə tanış ola bilərsiniz: 

Aparılan hərəkətin adı

Rüsum (AZN)

 Hərəkəti aparan  idarənin adı

“Dövlət rüsumu haqqında” AR Qanunu

Kredit müqavilələrinin təminatı kimi bağlanılan ipoteka müqavilələri üçün

30

Notariat kontorları

Maddə 10.4.3

İpoteka krediti hesabına alınan yaşayış sahəsinə dair qarışıq müqavilə formasında bağlanan alqı-satqı və ipoteka müqaviləsinin təsdiqi üçün:

 

Notariat kontorları

Maddə 10.5

Bakı şəhərində

110

digər şəhər və rayonlarda

44

Qanunvericiliklə nəzərdə tutulmuş güzəştli ipoteka krediti hesabına alınan yaşayış sahəsinə dair qarışıq müqavilə formasında bağlanan alqı-satqı və ipoteka müqaviləsinin təsdiqi üçün:

 

Notariat kontorları

Maddə 10.6

Bakı şəhərində

55

digər şəhər və rayonlarda

22

Daşınmaz əmlak üzərində hüquqların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışın verilməsinə görə(Forma 1)

10

Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti

Maddə 26.6

Daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarışın verilməsi

30

Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti

Maddə 26.1.1

İpotekanın dövlət qeydiyyatına alınması üçün

20

Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti

Maddə 26.2

İpotekanın təkrar və əlavə dövlət qeydiyyatına alınması üçün

10

Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti

Maddə 26.4

Daşınmaz əmlakın ipoteka ilə yüklülükdən azad edilməsi

10

Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti

Maddə 26.4

İpoteka kağızını tərtib edən şəxsin imzasının təsdiqi üçün

2

Notariat kontorları

Maddə 10.17

İpoteka kağızının dövlət qeydiyyatı üçün

5

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi

Maddə 21.5

İpoteka kağızının əlavə qeydiyyatı üçün

2

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi

Maddə 21.6

Ən sərfəli kredit üçün müraciət et

İpoteka krediti zamanı mütləq ipoteka sığortası hazırlanır. İpoteka kreditini istər bank, istərsə də Dövlət İpoteka Fondu versin, fərq etməz. İstənilən kredit verən şəxs, verilən borcun geri qaytarılmasını təmin etmək etmək istəyər. Ona görə də sənədləşmə zamanı ipoteka sığortası mütləq hazırlanır. Sizi sığorta xərcləri ilə tanış edək:

Sığortanın növü

Orta Məbləğ

Müddət

Fərdi qəza və xəstəlik sığortası

Kredit məbləğinin 0,5% – 0,7% miqdarında

3-5 gün müddətində

3-5 gün müddətində

İpoteka predmetinin sığortası

Kredit məbləğinin 0,3% – 0,4% miqdarında

3-5 gün müddətində

İpoteka predmetinin qiymətləndirilməsi üçün tələb olunan xərclər isə heç də az deyil: 

Əmlakın təsviri

Orta məbləğ

Müddət

Mənzillər:

 

1-3 gün müddətində

1-4 otaqlı

100-120 AZN

çox otaqlı

120-150 AZN

Fərdi yaşayış evi

120-150 AZN

İpoteka kreditini almaq üçün aparılan işlərin müddəti isə müxtəlifdir:

Aparılan hərəkətin adı

Müddət

Qanunvericlik

Daşınmaz əmlak üzərində hüquqların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışın verilməsinə görə (Forma 1)

5 iş günü ərzində

“Daşınmaz əmlakın dövlət reyestri haqqında” AR Qanun, Maddə 5.3.

Daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarışın verilməsi

20 gün ərzində

Daşınmaz əmlakın dövlət reyestri haqqında” AR Qanun, Maddə 9.2

İpotekanın dövlət qeydiyyatına alınması

5 gün ərzində

“Daşınmaz əmlakın dövlət reyestri haqqında” AR Qanun, Maddə 20.3

İpoteka kağızının dövlət qeydiyyatına alınması

3 gün ərzində

“İpoteka kağızının dövlət qeydiyyatı Qaydaları” nın 2.2-ci bəndi

İpoteka kağızının əlavə qeydiyyatı

2 gün ərzində

“İpoteka kağızının dövlət qeydiyyatı Qaydaları” nın 3.3-cü bəndi

İpoteka krediti əldə etmək asan bir iş kimi görünmür. Amma evinizin olmağını istəyirsinizsə, cəhd etmək olar.

Bu yerdə bizə sadəcə sizə uğur və səbr diləmək qalır... :)

Günel Abduraxmanova / Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et

Bank işi kursları

Banco Academy

Qeydiyyatdan keç