ASK Rəyasət Heyətinin növbəti iclası keçirilib | Banco.az

ASK Rəyasət Heyətinin növbəti iclası keçirilib

25 illik müstəqillik tarixində uğurlu daxili və xarici siyasətimiz sayəsində dövlətçilik ənənələrimiz möhkəmlənir, iqtisadiyyatımız inkişaf edir, mədəniyyətimiz  zənginləşir. Son illər Azərbaycanın  siyasi və iqtisadi həyatında mühüm rol oynayan ölkə rəhbərinin qətiyyətli iradəsi, imzaladığı  sənədlər bir mənalı olaraq  xalqımızın rifahına , o cümlədən iqtisadiyyatımızın inkişafına xidmət edir. Bu fikirlər  Azərbaycan Sahibkarlar Konfederasiyasının Rəyasət Heyətinin növbəti iclasında səslənib. İclasda  ölkədə özəl sektorun inkişafı istiqamətində həyata keçirilən islahatlardan, həmçinin müstəqilliyimizin 25 illiyi ilə bağlı tariximizdən söhbət açılıb.

İclası giriş sözü ilə açan Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayev Azərbaycanda sahibkarlığın inkişafındakı  yeni mərhələdə qəbul olunmuş qanun, fərman və digər sənədlərin icrası vəziyyəti və bununla əlaqədar ASK-nın qarşısında duran vəzifələr barədə  ətraflı məlumat verib.M.Musayev qeyd  edib ki, son vaxtlar ölkəmizdə sahibkarlığın inkişafı ilə bağlı  mühüm qərarlar qəbul edilmiş,  Azəbaycan Respublikasının prezidenti cənab İlham Əliyev tərəfindən bu istiqamətdə  çoxsaylı tapşırıqlar verilmişdir.Sevindirici haldır ki, artıq Konfederasiya rəhbərliyi, Rəyasət Heyətinin üzvləri və icra aparatının üzvləri ölkə rəhbərliyinin verdiyi tapşırıqların icrasında fəal iştirak edir. Odur ki, həmin tədbirlərdə Konfederasiyanın  rolunun daha da artırılması məqsədəuyğundur.ASK-nın prezidenti Azərbaycan Respublikasının müstəqilliyinin  25 –ci ildönümünü qeyd etməyimiz münasibətilə də sahibkarları təbrik edib. Daha sonra söz Azərbaycan  Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının  Baş katibinin müavini Mehman Mehmana verilib. M.Mehmanov  çıxış  edərək bildirib ki,  Azərbaycan Respublikasının 1991-ci il oktyabrın 18-də Azərbaycan Xalq Cümhuriyyətinin varisi olaraq öz dövlət müstəqilliyini bərpa etdiyi tarixi gündən 25 il keçir. Ötən 25 il ərzində Azərbaycan xalqı  dövlət quruculuğu prosesində möhtəşəm yol keçmiş, bütün sahələrdə uğurlar əldə edilmişdir. Bu məqsədlə  Azərbaycan  Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası yerlərdəki nümayəndəliklərdə müstəqilliyimizin 25 illiyi ilə bağlı müvafiq tədbirlər təşkil edilməsini nəzərdə tutur. Azərbaycan Respublikasının müstəqilliyinin  25-ci ildönümü ilə bağlı ASK tərəfindən təşkil edilən tədbirlər haqqında məlumatlar, ölkənin bır sıra Kütləvi İnformasiya Vasitələrində, o cümlədən ask.org.az saytında və ASK-nın “Biznes Həyatı”  jurnalında yerləşdiriləcək.

Rəyasət Heyətinin iclası cari məsələlərlə davam edib. Azərbaycan Sahibkarlar Konfederasiyasının vitse-prezidenti Vüqar Zeynalov  Azərbaycan Sahibkarlar Konfederasiyasının  2016-cı ilin  9 aylıq  fəaliyyəti  barədə hesabatı məlumat verib, konfederasiyanın ictimai həyatında baş verən yeniliklər barədə iclas iştirakçılarını məlumatlandırıb.

Hesabat  Rəyasət Heyətinin üzvləri tərəfindən dinlənildikdən sonra, növbəti- 2016-cı ilin IV rübü üçün Azərbaycan Sahibkarlar Konfederasiyasının   iş planı təsdiqlənib. Daha sonra gündəlikdə qeyd olunan cari  məsələlərin müzakirəsinə başlanılıb.

Ən sərfəli kredit üçün müraciət et

Azərbaycan Sahibkarlar Konfederasiyasının Əmək münasibətləri, hüquq,  kadr, işlər və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Tapdıq  Osmanovun çıxışı isə ASK-nın Rəyasət Heyəti və  daimi komissiyaların struktur və tərkibində dəyişikliklər  edilməsinin zəruriliyi məsələsinə həsr olunub. T .Osmanov bildirib ki, Rəyasət Heyətinin 24 fevral 2016-cı il qərarları “Turizm, mədəniyyət və mətbuat təşkilatları ilə iş”, “İnşaat müəssisələri ilə iş”,  “Tikinti  materialları  istehsalı  müəssiləri  ilə iş”  və “Rabitə və İKT müəssisələri ilə iş” komissiyalarının rəhbərliklərində  dəyişikliklər  və yeni təyinatlar  zərurətini doğurmuşdur. Bununla əlaqədar olaraq “Millenium Tourism” MMC-nin Direktoru Ruslan Quliyev “Turizm, mədəniyyət və mətbuat təşkilatları ilə iş” Komissiyasına, “Park Company” MMC-nin təsisçisi İsmayıl  Pənahov “İnşaat müəssisələri ilə iş” Komissiyasına, “Mətanət-A”   şirkətinin  prezidenti Elxan Bəşirov “Tikinti  materialları  istehsalı  müəssiləri  ilə iş”  Komissiyasına, Neuron  Technologies” MMC-nin  rəhbəriİsmayıl  Ələkbərov “Rabitə və İKT müəssisələri ilə iş”  Komissiyasına sədr təyin olunması təklif etmişdir.

Yuxarıda qeyd olunanları nəzərə olaraq Konfederasiyanın Nizamnaməsinin 5.11-ci bəndi  rəhbər tutularaq  Azərbaycan Sahibkarlar Konfederasiyasının Rəyasət Heyəti təklifi səsə qoyaraq  qəbul edib.

Daha sonra ASK-nın Rəyasət Heyətinin üzvləri maraqlı təkliflərlə çıxış ediblər. Ölkədə idxal və ixracla bağlı mövcud vəziyyəti müzakirə edən sahibkarlar statistik rəqəmlərin tezliklə dəyişəcəyinə əmin olduqlarını dilə gətiriblər.Hal-hazırda bır sıra sahələrdə inkişafın müşahidə olunduğunu deyən Rəyasət Heyətinin üzvləri kənd təsərrüfatı sahəsində aparılan işləri təqdirəlayiq hesab ediblər.Bununla yanaşı mövcud çatışmazlıqlardan da söhbət açıblar. İxrac zamanı yük daşımalarında bəzən gecikmələrin yaşanması qarşı tərəfdə etimadın azalmasında, üstəlik məhsulun keyfiyyətinə təsir göstərir.Bəzən xammalın baha-başa gəlməsindən də şikayətlənən sahibkarlar, ölkəyə daxil olan xarici məhsullara rüsumun tətbiq olunmaması , Azərbaycanda məhsulun maya dəyərinin baha olmasına şərait yaradır.

İclasa yekun vuran  M.Musayev  dövlət qurumları ilə əlaqələrin tələb olunan  səviyyədə olduğunu, Rəyasət Heyətinin üzvlərinə rəhbərlik etdikləri komissiyaların işində fəal olmağa dəvət edib. Qeyd edib ki, ASK-nın  tərkibində fəaliyyət göstərən komissiyaların tərkibində müzakirə olunan məsələlər, təklif halında toplanmalı, konfederasiyaya təqdim olunmalıdır.Daha sonra təkliflər toplusu müvafiq şuralara və dövlət qurumlarına tərəfimizdən təqdim ediləcəkdir.

Gələcəkdə Konfederasiyasının fəaliyyətini daha da zənginləşdirməyin zəruri olduğunu deyən M.Musayev  bütün iştirakçılara dərin təşəkkürünü  bildirib.

Ən sərfəli krediti almaq üçün müraciət et