Yaxın aylarda Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) V qurultayı keçiriləcək.
Qurultayda ASK-nın 2013-2017-ci illərdəki fəaliyyəti ilə bağlı hesabatın dinlənilməsi nəzərdə tutulur.
Bundan başqa, tədbirdə qurumun növbəti 4 il müddətinə prezidenti və vitse-prezidenti seçiləcək, İdarə və Rəyasət Heyətlərinin, Təftiş-Nəzarət Komissiyasının tərkibi yenidən formalaşdırılacaq.
Xatırladaq ki, 2013-cü ildə baş tutmuş IV qurultayda konferedasiyaya rəhbərlik “Aqrarkredit” QSC bank olmayan kredit təşkilatının İdarə Heyətinin sədri Məmməd Musayevə həvalə edilib.
Mənbə: Report.az