Asiya valyutaları Trampın tarif şokundan sonra sabitləşir | Banco.az

Asiya valyutaları Trampın tarif şokundan sonra sabitləşir

Müəllif:Mehin Qasımova,Banco.az

Asiya bazarları üç günlük ağır itkilərdən sonra  bərpa olunur.

Banco.az xəbər verir ki, lakin Trampın tariflərinin təsiri ilə bağlı əhval-ruhiyyə gərgin olaraq qalır.

Bununla belə, yuan Trampın Çinə qarşı tarifləri daha da artırmaqla hədələməsindən sonra zəifləməyə davam edir. Yuan 19 ayın ən aşağı səviyyəsindədir.

Bazarlar Trampın tariflərinin potensial təsirini kompensasiya etmək üçün Federal Ehtiyat Sisteminin bu ilin əvvəlində faiz dərəcələrini azaldacağına dair mərcləri artırıb.

Qeyd edək ki, Çin, Trampın  bütün Çin mallarına 54% rüsum tətbiq etməklə tariflərindən ən çox zərər çəkənlərdən ölkələrdən olub. Ağ ev rəhbəri , Pekin ABŞ-a cavab olaraq tətbiq etdiyi 34% tarifləri ləğv etməsə, Çinə 50% tarif tətbiq edəcəyi ilə hədələyib.

Bununla belə, Pekin xəbərdarlıq edib ki, sona qədər mübarizə aparmağa hazırdır. Çinin Trampın tariflərinə qarşı yerli iqtisadiyyatı dəstəkləmək üçün bir sıra stimullaşdırıcı tədbirlər hazırladığı  görünür.