Asiya iqtisadiyyatının qlobal payı artacaq | Banco.az

Asiya iqtisadiyyatının qlobal payı artacaq

Müəllif:Mehin Qasımova/Banco.az

Boao Asiya Forumu 2024 İllik Toplantısı çərçivəsində bu gün keçirilən mətbuat konfransında “Asiya: İqtisadi Gözləntilər və İnteqrasiya Prosesi 2024 Hesabatı” dərc olunub.

Banco.az xəbər verir ki, Boao Asiya Forumunda dərc edilən hesabatda Asiya iqtisadiyyatının bu il 4,5 faiz ətrafında böyüməsinin gözlənildiyi, Asiyanın qlobal iqtisadi artıma ən böyük töhfə verən bölgə olacağı bildirilib.

Hesabatda Asiya iqtisadiyyatının böyüməsinin və regional iqtisadi inteqrasiyanın müxtəlif xarici təhdidlərə rəğmən davamlı olaraq qaldığı, istehlak və fiskal siyasətlərin dəstəyi ilə bu il Asiya iqtisadiyyatının artım tempinin ötən ili keçərək 4,5 faiz ətrafında olacağına diqqət çəkilir.

Asiya regionunun inteqrasiya prosesinin irəliləyişlə davam edəcəyinə diqqət çəkən hesabatda, 2022-ci il məlumatlarına görə, dünyanın Asiya malları ticarətindən asılılığının 38,8 faiz səviyyəsində sabit qaldığı, Asiya iqtisadiyyatlarının Asiya malları ticarətindən asılılığının isə sabit olaraq qaldığı vurğulanıb.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, Boao Asiya Forumu 2024 İllik Toplantısı 26-29 mart tarixlərində Çinin Haynan əyalətinin Boao şəhərində keçirilir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et