Asiya İnfrastruktur İnvestisiya Bankına yeni maliyyə direktoru təyin edilib | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) in include() (line 129 of /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--article.tpl.php).

Asiya İnfrastruktur İnvestisiya Bankına yeni maliyyə direktoru təyin edilib

Asiya İnkişaf Bankının (ADB) keçmiş vitse-prezidenti Tierri de Lonqmar (Thierry de Longuemar) Asiya İnfrastruktur İnvestisiya Bankına (AIIB) maliyyə direktoru təyin edilib. O, 2011-ci ilin noyabrında ADB-nin maliyyə və administrativ məsələlər üzrə vitse-prezidenti olub. Amma 2013-cü ilin yanvarında isə maliyyə və risklərin idarə edilməsi üzrə vitse-prezident təyin edilib.

T. Lonqmarın vitse-prezident kimi səlahiyyəti 2014-cü ilin noyabrında daha iki il uzadılıb.

Onu da qeyd edək ki, T. Lonqmar iki dəfə (2002-2004 və 2010-2011-ci illərdə) xəzinədar kimi çalışıb.

Mənbə : Report.az