ASET Maliyyə Texnologiyaları audit hesabatını açıqladı | Banco.az

ASET Maliyyə Texnologiyaları audit hesabatını açıqladı

Bank Olmayan Kredit Təşkilatı "ASET Maliyyə Texnologiyaları" 2021-ci il üzrə audit hesabatını açıqlayıb.

Sərbəst auditorun rəyinə əsasən, BOKT-un sözügedən ildə kredit portfeli üzrə heç bir fəaliyyəti olmayıb. 2021-ci ilin sonuna isə bank hesablaşma qalığı 744 AZN olub.

Kredit təşkilatının nizamnamə kapitalı isə 300 min manatdır. Bu isə Mərkəzi Bankın bank olmayan kredit təşkilatları üçün qoyduğu tələbi ödəyir.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, şirkət Mərkəzi Bankın 14.08.2019-ci il tarixində verilən lisenziyası əsasənda fəaliyyət göstərir.

 

Ən sərfəli krediti almaq üçün müraciət et