ASB Bankın depozit portfeli 65% artıb | Banco.az

ASB Bankın depozit portfeli 65% artıb

ASB Bank ilin ilk yarısını 4 mln 241 min manat mənfəətlə başa vurub

ASB Bank cari ilin ilk yarısına olan maliyyə nəticələrini açıqlayıb. Bankın maliyyə hesabatlarına istinad edən Banco.az portalı xəbər verir ki, bankın cəmi aktivləri ötən ilin eyni dövrü ilə müqayisədə 48%  artaraq, 935 mln 523 min manata çatıb. Bununla yanaşı bankın kredit portfelində 26% artım qeydə alınıb.Portfelin həcmi 223 mln 104 min manatdan 281 mln 872 min manata yüksəlib. Bu məbləğin 7 mln 47 min manatı kreditlər üzrə mümkün zərərlərin ödənilməsi üçün məqsədli ehtiyat şəklində ayrılıb və bankın xalis kredit portfelinin həcmi 274 mln 824 min manat təşkil edib.

Ən böyük artım, depozit portfelində müşahidə olunub - 65%.

Daha ətraflı şəkildə diaqramda tanış ola bilərsiniz.

Ən sərfəli kredit üçün müraciət et

Bank eyni zamanda mənfəət və zərər hesabatını da açıqlayıb. Banco.az bankın rəqəmlərinə istinadən xəbər verir ki, ASB Bank 2017-ci ilin ilk yarısını 4 mln 241 min manat mənfəətlə başa vurub, bununla yanaşı bank 1 mln 104 min manat həcmində vergi ödəyib.

Ötən ilin eyni dövrü ilə müqayisədə bankın cəmi faiz gəlirləri 35% yüksəlib, faiz xərclərindəki artım isə daha yüksək olub və faiz xərclərinin cəmi 6 mln 830 min manat təşkil edib. Bankın xalis faiz gəlirləri 10% artaraq,  5 mln 768 min manata çatıb. Qeyri faiz gəlirlərində artım cəmi 8% təşkil edib. Cari il üçün qeyri faiz gəlirlərinin həcmi 4 mln 617 manat təşkil edib ki, onun da 2 mln 255 min manatı valyuta dəyişməsindən olan gəlirlərdir. 

Könül Soltanova, Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et