ASB Bankda kadr dəyişikliyi edilib | Banco.az

ASB Bankda kadr dəyişikliyi edilib

Azərbaycan Sənaye Bankının Marketinq direktoru Rafiq Şahverdiyev işindən ayrılıb. Onun vəzifəsindən ötən gün ayrıldığı bildirilir.

Rafiq Şahverdiyev öz istəyi ilə vəzifəsindən ayrılıb. Onun yeni iş yerinin bank sektoru olmayacağı bildirilir.

Qeyd edək ki, Rafiq Şahverdiyev Azərbaycan Banklar Assosiasiyasında (ABA) ekspert qurupunun üzvüdür.

fed.az