ASB Bank İdarə Heyətinin Sədri dünyasını dəyişib | Banco.az

ASB Bank İdarə Heyətinin Sədri dünyasını dəyişib

Banco.az-ın əldə etdiyi məlumata görə ASB Bank İdarə Heyətinin Sədri dünyasını dəyişib. Ölümün koronavirusdan olduğu qeyd olunur. Yaxınlarına və ailəsinə başsağlığı verir və kədərlərini bölüşürük.

Qeyd edək ki, Doğan Tandoğan - 1973-cü ildə Türkiyə Respublikasında anadan olmuşdur. 1995-ci ildə “Orta Doğu Teknik Universiteti”nin Beynəlxalq Münasibətlər bölümündən, 2004-cü ildə “Azərbaycan Dövlət Neft Akademiyası”nın Biznesin idarə edilməsi bölümündən məzun olmuşdur. İş fəaliyyətinə 1996-ci ildə Türkiyə bank sektorunda başlamışdır. 2013-cü ildən “ASB” ASC-nin İdarə Heyətinin üzvü və sədrin birinci müavinidir. 19.12.2016 tarixindən “ASB” ASC-nin İdarə Heyətinin Sədri təyin edilmişdir. O, eləcə də “Milli Kart” MMC-nin Direktorlar Şurasının Sədri və “Azərbaycan Sənaye Sığorta” ASC-nin Direktorlar Şurasının Sədridir.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et