İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) dünyadakı mövcud aşağı faiz mühitinin pensiya fondları və həyat sığortası şirkətləri üçün uzunmüddətli dövrdə risk yaratması barədə xəbərdarlıq edib.
Qurumda hesab edirlər ki, sözügedən kommersiya təşkilatları daha yüksək nisbətdə gəlir əldə etmək üçün yüksək riskli investisiya fondlarına pul qoyurlar. Bu cür vəziyyətin yaranması isə inkişaf etmiş ölkələrdəki mərkəzi bankların əsas faiz dərəcələrini rekord səviyyədə aşağı endirməsi ilə bağlıdır.
Marja.az