ASA-nın Qeyri-həyat komitəsinin sədri Fərid Hidayətovu yaxından tanıyaq | Banco.az

ASA-nın Qeyri-həyat komitəsinin sədri Fərid Hidayətovu yaxından tanıyaq

Azərbaycan Sığortaçılar Assosiasiyasının Qeyri-həyat komitəsinin sədri “PAŞA Sığorta” Şirkətinin Anderratinq və Təkrarsığorta departamentinin rəhbəri Fərid Hidayətovdur.

Fərid Hidayətovu bir az yaxından tanıyaq.

Fərid Hidayətov 2000-2004-cü ildə Bakı Dövlət Üniversitetinin Hüquq və Beynəlxalq hüquq ixtisası üzrə bakalavr, 2004-2006-cı illərdə magistr təhsili almışdır. 2012-ci ildə Fransada yerləşən İNSEAD Biznes məktəbində və 2014-cü ildə İspaniyada yerləşən İESE Biznes məktəbində İdarəedicilik üzrə təhsil almışdır.  

Həmçinin, 2013-2016-cı illərdə Chartered İnsurance İnstitute (CII) tərəfindən müəyyən olunan dörd səviyyə üzrə imtahan verərək sığorta üzrə peşəkarlığa təminat verən CII Diplomunu əldə etmişdir.

Ən sərfəli kredit üçün müraciət et

Sığorta sahəsi üzrə kifayət qədər təcrübəsi olan F.Hidayətov “PAŞA Sığorta” Şirkətində anderraytinq üzrə mütəxəssis, anderraytinq şöbəsinin müdiri  kimi vəzifələrdə çalışmışdır. Hal-hazırda “PAŞA Sığorta” Şirkətində anderraytinq və təkrarsığorta departamentinin rəhbəri vəzifəsini icra edir.

Azərbaycan Sığortaçılar Assosiasiyasının 26 Fevral 2018-ci il tarixli Müşahidə Şurasının qərarına əsasən, Azərbaycan Sığortaçılar Assosiasiyasının Qeyri-həyat komitəsinin sədri təyin edilən F.Hidayətov Qeyri-həyat komitəsi daxilində qaldırılan məsələlərin həlli, sığorta sektorunun mövcud problemlərinin aradan qaldırılması və daha təkmil sığorta bazarı formalaşdırılması istiqamətində bütün səylərini göstərir.