ASA-nın Könüllü sığorta komitəsinin iclası keçirilib | Banco.az

ASA-nın Könüllü sığorta komitəsinin iclası keçirilib

Bu gün Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) Könüllü sığorta komitəsinin iclası keçirilib.

Məlumata görə, tədbirdə “Fiziki şəxslərə təqdim edilən minik avtomobillərinin tam sığortası üzrə sığorta qaydaları”nda öz əksini tapmış sığorta dəyəri, sığorta məbləği və sığorta haqqının uzunmüddətli (1 ildən artıq bağlanmış) müqavilələrdə illər üzrə bölünməsi məsələsi müzakirə edilib.

Bildirilib ki, sığortalanan avtomobilin növbəti illər üzrə qiyməti, sığorta tarifi və sığorta müqaviləsinə xitam verilərkən qaytarılacaq sığorta haqqı müəyyən olunarkən müştərilərlə sığortaçılar arasında anlaşılmazlıq yaranır. İclasda qərara alınıb ki, bu məsələ gələn həftə sığorta şirkətlərinin avtomobil üzrə anderrayterləri və sığorta hadisələri şöbələrinin qiymətləndirmə üzrə ekspertləri ilə müzakirə edilsin.

Ən sərfəli kredit üçün müraciət et

Bundan başqa, Könüllü sığorta komitəsinin iclasında sığorta müqaviləsi bağlanan zaman şirkət tərəfindən müştərilərə təqdim olunacaq yaddaş vərəqinin məzmunu da müzakirə edilib.

İclasda ASA-nın sədri Orxan Bayramov, adı çəkilən komitənin sədri – “A-Qroup” sığorta şirkətinin İdarə Heyətinin sədr müavini Əli Bayramov, komitənin digər üzvləri – “PAŞA Sığorta”dan  Fərid Hidayətov, “Buta Sığorta”dan Arzu İsmayılova, “Standard Insurance”dan Orxan Vəliyev, “İpək Yolu Sığorta”dan Kəmalə Abışova, “Azərbaycan Sənaye Sığorta”dan Kənan Əsgərov, “Qarant Sığorta”dan Leyla Abdinova, “Meqa Sığorta”dan Murad Babayev və Toğrul İmanov, “AtaSığorta”dan Nigar İbrahimova, “Amrah Sığorta”dan Rəşid Salıfov, “AXA MBASK”dan Elnarə Abbasova iştirak edib.

Fins.az

Ən sərfəli krediti almaq üçün müraciət et