Azərbaycan Sığortaçılar Assosiasiyası vakansiya elan edir.
Vəzifə: Təlim mərkəzinin meneceri
Öhdəliklər:
- Təlim və tədris mərkəzi üzrə idarəetmə sisteminin qurulması, tətbiqi və təkmilləşdirilməsi
- Tədbirlər planının hazırlanması və idarəetmə sisteminin hazırlanması və tətbiqi üzrə idaretmə qrupunun yaradılması
- Mərkəzin idarə edilməsi haqqında daxili təlimatların keçirilməsi
- Mərkəzin fəaliyyətində qarşılıqlı əlaqənin qurulması
- Prosedurların müəyyən olunması və hazırlanması
- Mərkəzin fəaliyyətinə nəzarət edilməsi
- Hesabatların hazırlanması
İş rejimi:
- Həftə içi saat 09:00-18:00 (nahar vaxtı: saat 13:00-14:00)
- Şənbə və bazar günləri, Əmək Məcəlləsi ilə müəyyən edilmiş qeyri-iş günləri istirahət günləri hesab olunur
Namizədə tələblər
- Təhsil: Ali
- İş təcübəsi: minimum 1 il (heyətin idarə olunması və menecment üzrə)
- İdarəetmə və təşkilatçılıq qabiliyyəti
- Punktual və məsuliyyətli
- Dil biliyi: Azərbaycan dili (əla), Rus dili (əla), İngilis dili (orta)
- Kompyuter biliyi: MS Office proqramları
Maraqlanan şəxslərdən CV-lərini [email protected] elektron poçt ünvanına göndərmələri xahiş olunur. Xahiş edirik, CV-nizi elektron ünvana göndərərkən mövzu olaraq “Təlim mərkəzinin meneceri” sözünü qeyd edəsiniz.
Əlaqə:
Azərbaycan Sığortaçılar Assosiasiyası
Ünvan: Babək Plaza, 8-ci mərtəbə
Babək prospekti, Ələddin Quliyev küç., məhəllə 1131, AZ1025, Bakı, Azərbaycan
+994 12 488 0714
[email protected]
Qeyd: Bank və maliyyə sahəsində elan edilən ən son vakansiyalarla buradan tanış ola bilərsiniz: http://banco.az/az/jobs