ASA: "Bu il Azərbaycanda sığorta yığımları 1 milyard manatı ötəcək" | Banco.az

ASA: "Bu il Azərbaycanda sığorta yığımları 1 milyard manatı ötəcək"

Müəllif: Gülnar Əhmədli, Banco.az

"Bu ilin sonuna Azərbaycanda sığorta yığımları 1 mlrd. manatı keçəcək".

Banco.az xəbər verir ki, bunu Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) icraçı direktoru Elmar Mirsalayev "Sığorta Festivalı" ilə bağlı keçirilən mətbuat konfransında deyib.

Qeyd edək ki, bu ilin yanvar-iyul aylarında Azərbaycandakı 20 sığorta şirkətinin xətti ilə 761,801 milyon manat sığorta haqqı toplanılıb.

Məlumata görə, Azərbaycan Respublikasının Mərkəzi Bankı, Azərbaycan Sığortaçılar Assosiasiyası və İcbari Sığorta Bürosunun birgə əməkdaşlığı çərçivəsində Azərbaycanda ilk dəfə 26 avqust-7 sentyabr tarixlərində "Sığorta Festivalı" təşkil olunacaq.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et