Arzunun reallaşdırılması formulası | Banco.az

Arzunun reallaşdırılması formulası

Arzunun məqsədə çevrilməsi üçün konkret bir formula varmı? Varsa, nədən başlamaq lazımdır? Hansı sahədə olmasından asılı olmayaraq. Arzunu reallaşdırmaq üçün nədən başlamaq lazımdır?

Arzularımızın məqsədlərimizə çevirmək və arzularımızın reallaşdırılması üçün konkret formula var.

  1. Məqsələdin müəyyən olunması.
  2. Məqsədlərimizə görə planların hazırlanması
  3. İcra etmək

Məqsədlərin dəqiq, ölçülə bilən və zaman bağlı şəkildə ifadə edilməsi çox vacibdir. Qeyri müəyyən məqsədlər qeyri müəyyən nəticələrə aparır. “Arıqlamalıyam”, “İngilizcə öyrənmək istiyirəm”, “2 sertifikat almaq lazımdır” – bunların hamısı heç bir şey ifadə etməyən  istəklərdir.

Məqsədlər üçün dəqiq və ölçülə bilən meyarların olmaması zaman bunlar artıq məqsəd deyil, ümumi Sizin istəyiniz və ya yaxşı ideyanızdır.

Döyüş zamanı topçuların dediklərini yadınıza salın : məqsəd 12,15, bucaq 30 və sonra – “atəş!!!” Onlar demirlər ki : “Orada yüksəklikdə olan ağacı görürsən? Çalış ona vur. Olmasa, problem yoxdur, ətrafında bir yerə vurarsan J

Məqsədlər qeyri müəyyən, ümumiləşdirilmiş və ya dumanlı olmamalıdırlar; onlar dəqiq, digər ifadə ilə SMART olmalıdırlar. Bu söz ingilizcə beş sözün qısaldmasıdır.

SMART qısaldması ağıllı məqsəd deməkdir və əsl məqsədin necə olması haqqında olan beş sözün birinci hərflərindən ibarətdir :

Specific                 – Dəqiqlik

Measurable           – Ölçülə bilirlik

Attainable              – Əl çatan olması

Relevant                – Uyğunluq, aidiyyət

Time-bounded       – Zamana bağlılıq

Specific  – məqsəd Dəqiq olmalıdır
məqsəd maksimal şəkildə dəqiq və aydın olmalıdır və onun müəyyən edilməsində nəticəni açıq şəkildə görə bilmək lazımdır. Aydındır ki, “FMCG sektorunda marketinq sahəsində təcrübə toplamaq üçün iş tapmaq” məqsədi “normal iş istəyirəm” məqsədindən daha aydın və konkretdir.

Measurable – məqsəd ölçülə bilir olmlıdır
Məqsəd ölçülə bilən olmalıdır. “İnkişaf etmək üçün hər ay kitab oxumalıyam”. Təbii ki, təqdirə layiq bir yanaşmadır, ancaq “kitab oxumalıyam” dəqiqi olaraq nə deməkdir? Daha dəqiq və ölçülə bilən məqsəd ifadəsi belə olar : “Marketinq və satış mövzularında ayda 2 kitab oxumaq lazımdır, və bu da ayda ortalama olaraq 500 səhifəyə bərabərdir. Beləliklə, mən hər gün 33 səhifə oxumalıyam. Bu da o deməkdir ki, əgər mən hər gün kitab oxumağa 40-50 dəqiqə zaman ayırsam, mən ayda 2 kitab oxuya bilərəm”. Digər vacib olan xüsusiyyət odur ki, son məqsədlərlə bərabər həm də ara hədəflər də müəyyən edilsin və ümumi hədəfin həftəlik və gündəlik bölgüsü də olsun. Bunun sayəsində planı məqsədləri olan insan hər həftə və hər gün inkişafını və irəliləmə tempini ölçə bilər.

Attainable  – məqsəd çatıla bilən olmalıdır.

Məqsədlər xarici faktorlar və daxili resurslar baxımından çatıla bilən olmalıdır.

Çatmağımız çətin olan bir məqsədi özümüz üçün təyin etdikdə biz özümüzü demotivasiya edirik və bir müddət sonra əldə edilə bilməyən bir məqsəd üçün səy xərcləməyin mənasını görməyəcəyik. Məşğulluğumuz, dərs proqramımız və ya işgüzar fəaliyyətimizi nəzərə alaraq biz hər ay üçün özümüzə 10 kitab oxumağı hədəfləyə bilmərik. Bu məqsəd çox ambisiyalıdır, ancaq çatıla bilən deyil. Buna görə də biz özümüzə çata biləcəyimiz, kiçik hədəfləri təyin etməliyik və bu kiçik hədəflərin toplamı böyük nəticə verəcəkdir.

Relevant – məqsəd əlaqəli olmalıdır.
Məqsədimiz digər, daha ümumi məqsədlərlə və stratejik hədəflərimizlə əlaqəli olmalıdır və onlara çatmaq üçün dəstək olmalıdır. Bu o deməkdir ki, sizin bir gündə etdikləriniz bir ay üçün olan məqsədlərinizə çatmaqda kömək etməlidir, və beləliklə, ümumi həyat məqsədlərinizə uyğundur.

Time-bounded – məqsəd zamanla məhdud olmalıdır.

Məqsəd üçün zaman və müddətlər dəqiq müəyyən edilməlidirlər (ara interval zamanları daxil olmaqla).

SMART sistemi haqqında yazılanların aydın görülə bilməsi üçün  aşağıdakı nümunəni verirəm. Bu nümunədə həm məqsədin müəyyən edilməsi, həm də planı hazırlanması hissələri var.

Əsas və ümumi məqsəd– marketinq üzrə tanınmış mütəxəssis olmaq.

2016.cı il üçün məqsəd : marketinq sahəsində bilik səviyyəsinin artırılması (bir il üçün məqsəd)

Fəaliyyət Illik məqsəd Aylıq məqsəd Gündəlik məqsəd Zaman, Gündəlik
Marketinq sahəsində kitablar oxumaq 20 kitab 2 kitab= 500 səhifə 25 səhifə 40 dəqiqə
Məqalələr oxumaq 600 məqalə 50 məqalə 2 məqalə 15 dəqiqə

Ən sərfəli kredit üçün müraciət et

  • Ayda 2 kitab ildə 20 kitaba bərabər deyildir, ancaq nəzərə almaq lazımdır ki, həyaıtmızda gözlənilməyən anlar və işlər ola bilər, və bu səbəbdən də illik kitab sayını daha real, 20 ədəd, planlayırıq.

İndi isə bu illik məqsədin SMART metodikasına uyğun olmasını kontrol edək.

Dəqiqlik – bu məqsəd dəqiq və spesifikdir

Ölçülə bilinmə— onu ölçmək mümkündür, rəqəmlərlə ifadə edilib

Çatıla bilən — bu məqsəd kifayət qədər çatıla biləndir. Hər səhər hər birimiz CƏMİ 55 dəqiqə zaman ayırsaq bu işlər üçün, ildə 20 kitab və 600 məqalə oxumuş olarıq.

Əlaqəli olma— məqsəd insanın ümumi məqsədi ilə birbaşa əlaqlidir.

Zaman məhdudiyyəti  – məqsəd zamanla məhdurddur :həm 1 illik məqsəddir, həm də alt məqsədləri də zamana görə bölünüb. 

Məqsədlərin yazılması və planların hazırlanmasından sonra arzularımızın reallaşdırılması üçün son mərhələmiz qalır : icra.

Düşünürəm ki, arzuların həqiqətə çevrilməsində ən ağır mərhələ budur : məqsədləri SMART sisteminə görə qeyd etmək olar, planları gözəl və sistemli şəkildə yazmaq olar. Ancaq məhz “icra” mərhələsində bizi ən böyük çətinliklər gözləyir.

Planları icra edərkən biz qısa müddətli zövqlərdən imtina etməli olacayıq; uğursuzluqlarla qaşılaşanda ruhdan düşməmək və əzmlə yolumuza davam etməyimizi lazımdır; motivasiyamız azalanda disiplinli şəkildə planlarımızı həyata keçirməliyik.

Sualın cavabını qısa şəkildə ifadə etsək :  məqsədlərimiz, arzularımızın bir üst mərhələsi olaraq onların daha dəqiq ifadə edilməsidir. Arzularımızın reallaşması üçün isə məqsədlərimizi dəqiq müəyyənləşdirdikdən sonra planlarımızı hazırlamalıyıq və dərhal icraya başlamalıyıq.

 

 

Müəllif: Fəxri Ağayev