Artur Rasi-zadə növbəti dəfə Neft Fondunun Müşahidə Şurasının sədri seçilib | Banco.az

Artur Rasi-zadə növbəti dəfə Neft Fondunun Müşahidə Şurasının sədri seçilib

Bu gün Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) Müşahidə Şurasının iclası keçirilib.

Fonddan  verilən məlumata görə, baş nazir, ARDNF-in Müşahidə Şurasının sədri Artur Rasi-zadənin sədrliyi ilə keçirilən iclasda Fondun 2016-cı il üzrə maliyyə fəaliyyəti haqqında illik hesabat, maliyyə fəaliyyətinin auditinin nəticələri, ARDNF-nin 2016-cı il büdcəsinin icrası ilə bağlı məsələlərə baxılıb.

Müşahidə Şurası ARDNF-nin icraçı direktoru Şahmar Mövsümovun təqdim etdiyi Fondun 2016-cı ildə fəaliyyəti haqqında illik hesabatı, 2016-cı ildə maliyyə fəaliyyəti haqqında müstəqil auditorun ("Praysvoterhauskupers Audit Azərbaycan" MMC) hesabatını məqbul hesab edib və ARDNF-nin 2016-cı il üzrə büdcəsinin icrası layihəsini təsdiq olunmaq üçün Azərbaycan prezidentinə təqdim olunması barədə qərar qəbul edib.

Ən sərfəli kredit üçün müraciət et

Baş nazir növbəti müddətə ARDNF-in Müşahidə Şurasının sədri seçilib.

Mənbə: Apa.az