Artıq "WhatsApp"da silinən mesajları geri qaytarmaq mümkün olacaq | Banco.az

Artıq "WhatsApp"da silinən mesajları geri qaytarmaq mümkün olacaq

Müəllif: Tamara Mustafayeva, Banco.az

Aparıcı mesajlaşma tətbiqlərin biri olan “WhatsApp” yeni xüsusiyyəti ilə istifadəçilərin qarşısına çıxıb.

Banco.az xəbər verir ki, “WhatsApp” platformasının mesajlaşma bölməsinə səhvən silinmiş mesajların qaytarılması üçün “geri götür” (undo) funksiyası əlavə olunub.

Məlum olduğu kimi, “WhatsApp” tətbiqində silinmiş mesajların "Hər kəs üçün sil" və "Mənim üçün sil" kimi iki fərqli variantı var. Bəzən istifadəçilər qarşı tərəfdən silmək istədikləri mesajları səhvən öz telefonlarından silirlər. “WhatsApp” da bu problemi həll etmək üçün platformaya “geri götür” (undo) funksiyası əlavə edib.

Bu barədə şirkətin baş icraçı direktoru Uill Ketkart rəsmi “Twitter” hesabında məlumat verib.

Ən sərfəli kredit üçün müraciət et

"Hamıdan silmək istədiyiniz, lakin təsadüfən özünüzdən sildiyiniz mesajları geri qaytarmaq üçün "geri götür" seçimini əlavə etdik", deyə o, tətbiqin tamamilə yeni funksiyasını elan edib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et