Artıq WhatsApp söhbət arxivini Telegram-a köçürmək mümkündür | Banco.az

Artıq WhatsApp söhbət arxivini Telegram-a köçürmək mümkündür

Tamara Mustafayeva, Banco.az

Məlum olduğu kimi, bir müddət əvvəl WhatsApp platformasının "Məxfilik Şərtləri"ni yeniləməsi istifadəçilərin narahatlığına səbəb olmuş və yeni şərtləri qəbul etmək istəməyənlər başqa mesajlaşma tətbiqləri axtarmağa başlamışdı. Bu tətbiqlərin içərisində əsas üstünlük isə Telegram platformasına verilmiş və platforma həmin vaxtdan bəri milyonlarla yeni istifadəçi qazanmışdı.

Telegram da öz növbəsində istifadəçiləri cəlb etmək üçün müvafiq yenilənmələr tətbiq etməyə başlayıb ki, bunlardan biri də məhz WhatsApp tətbiqini mövcud söhbət arxivlərinə görə tərk etmək istəməyən istifadəçilərə ünvanlanıb. Belə ki, artıq WhatsApp söhbət arxivlərini Telegram tətbiqinə köçürmək mümkündür. Bunun üçün tələb olunan prosedur isə olduqca sadədir: WhatsApp-da köçürmək istədiyini söhbətə daxil olun və "söhbəti kənar vasitələrə köçür" seçiminə klikləyərək Telegram tətbiqini seçin. Daha sonra isə bu söhbəti köçürmək istədiyiniz müvafiq Telegram söhbətini seçərək proseduru başa çatdırmış olacaqsınız.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, sözügedən funksiya hazırda təkcə iOS istifadəçiləri üçün aktivdir, ancaq yaxın günlərdə Android üçün də tətbiq ediləcəyi gözlənilir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et