Artıq təxirə sala bilməyəcəyiniz 5 maliyyə qərarı | Banco.az

Artıq təxirə sala bilməyəcəyiniz 5 maliyyə qərarı

Maliyyə həyatınızı nizama salın!

Öhdəliyinizdə olan insanların problemlərinin qarşısını almaq üçün siz ilk növbədə öz maliyyə həyatınızı qaydasına salmalısınız. Aşağıda təxirə salmamalı olduğunuz beş nüansa diqqət yetirin:

Parolları yaddaşda saxlayın

Günümüzdə maliyyə əməliyatlarının da tədricən rəqəmsallaşması səbəbindən məsləhət görülür ki, internet bankçılıq, elektron poçt, ATM, mobil bankçılıq və hətta sosial media hesabları üçün istifadə etdiyiniz istifadəçi adı və parollarınızın kağıza surətini çıxardın və onu seyfdə və ya başqa bir təhlükəsiz yerdə saxlayın.

Əgər bütün parollarınızı “password manager” proqramında saxlayırsınızsa, həmin proqrama daxil olmaq üçün istifadə etdiyiniz parolu da bir kağıza qeyd edin və etibarlı yerdə saxlayın.

Təmsilçilər təyin edin

Bu mühim məsələyə bir çox insanlar vacib hesab etmədikləri üçün diqqət yetirmirlər. Buna baxmayaraq təmsilçilərin təyin edilməsi – bank hesabı açarkən, sığorta sertifikatı alarkən və ya səhmlərə yaxud investisiya fondlarına sərmayə qoyarkən - gəlirlər və aktivlərin köçürülməsini çox asanlaşdırır. Baxmayaraq ki, təmsilçi investisiya qanuni sahiblərinə verilinə qədər texniki olaraq sadəcə qəyyum hesab olunur, bu vasitə ailə üzvləri üçün əngəlləri azaldır.

Kritik xəstəlik sığortası edin

Gözlənilməz halda yaranan ciddi xəstəliklər sizin bütün yığılmış vəsaitinizi xərcləməyinizə səbəb ola bilər.

Xərçəng və infark kimi təhlükəli xəstəliklərin geniş yayılmasını və müvafiq olaraq da artan səhiyyə xərclərini nəzərə alaraq siz ümumi sağlamlıq sığortası etdirməklə yanaşı, xüsusi olaraq kritik xəstəliklər üçün də sığortalanın.

Ən sərfəli kredit üçün müraciət et

Əmlak planlaşdırması həyata keçirin

Əmlak planlaşdırması və sənədləşdirmə mühim məsələlərdən biridir. Ilk olaraq vəsiyyətnamənizi hazırlayın və gələcəkdə hüquq pozuntularına səbəbiyyət verməmək üçün varislərin dəqiq siyahısını qeyd edin və onu qeydiyyatdan keçirin. Növbəti addım olaraq isə əldə edilən bütün aktivlər, cari investisiyalar və öhdəliklərin siyahısını tərtib edin.  

Hər biri üçün məxsusi qovluq yaradın: bank depozitləri, həyat, sağlamlıq, maşın sığortası sertifikatları, səhmlər və investisiya fondlarına qoyulan sərmayələr, daşınmaz əmlak müqavilələri və s. Bütün detalların əks olunduğuna diqqət yetirin, məsələn başlanğıc tarixi, məbləği, ödəniş vaxtı və s.

Kreditlərinizi nəzərə alın

Böyük həcmli kreditiniz varsa, dünyadan köçdüyünüz zaman ailənizə çətin bir yük miras qoymuş olacaqsınız. Bunun qarşısını almaq üçün əmin olmalısınız ki, sizin həyat sığortanız eyni zamanda bütün kreditlərinizin ödənilməsini də əhatə edir. Həyat sığortasının bir növü olan müddətlik sığorta sizin illik gəlirinizdən 8-10 dəfə çox olmalıdır ki, itirilmiş gəlirinizi əvəzləyə və ailə üzvlərinizin gündəlik və gələcək ehtiyaclarını qarşılaya bilsin.  

Tamara Mustafayeva, banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et