Artıq smartfonlarda "təyyarə rejimi" olmayacaq | Banco.az

Artıq smartfonlarda "təyyarə rejimi" olmayacaq

Müəllif: Tamara Mustafayeva, Banco.az

5G-nin gəlişi ilə smartfonlarda təyyarə rejimi ləğv edilir.

Banco.az xəbər verir ki, smartfonlarda aviasəyahət zamanı tətbiq edilən “təyyarə rejimi” 5G-nin gəlişi ilə ləğv edilir. 

Avropa Komissiyasının qərarına əsasən, komissiyaya üzv dövlətlər 5G tezlik diapazonlarını təyyarələr üçün də istifadəyə yararlı etməlidir.

30 iyun 2023-cü il tarixinədək aktivləşdirilməsi nəzərdə tutulan bu yeni tətbiqlə sərnişinlər uçuş zamanı smartfonlarının bir çox xüsusiyyətlərindən istifadə edə biləcəklər. Səyahət zamanı yarana biləcək təhlükələrin qarşısını almaq üçün tətbiq edilən “təyyarə rejimi”nin aradan qaldırılması ilə istifadəçilər gündəlik həyatlarında olduğu kimi uçuş zamanı da zəng, mesajlaşma və mobil məlumatlardan istifadə edə biləcəklər.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et