Artıq "iPhone" istifadəçiləri "App Store"a daxil olmadan proqram yükləyə biləcək | Banco.az

Artıq "iPhone" istifadəçiləri "App Store"a daxil olmadan proqram yükləyə biləcək

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Apple” istifadəçiləri artıq “App Store”dan istifadə etmədən öz “iPhone” və “iPad”lərinə üçüncü tərəf proqramlarını yükləyə bilərlər.

Banco.az xəbər verir ki, “Apple” firması Avropa İttifaqının (Aİ) 2024-cü ildə elan edəcəyi ciddi rəqabət qanunu tələblərinə əməl etməyə yönəlmiş əsaslı yenilənmənin bir hissəsi olaraq “iPhone” və “iPad”lərdə alternativ tətbiq mağazalarına icazə verməyə hazırlaşır.

Dəyişikliklər çərçivəsində istifadəçilər “Apple”ın məhdudiyyətlərini və ödənişlər üzrə 30 faizə qədər komissiyanı keçərək şirkətin “App Store”dan istifadə etmədən öz “iPhone” və “iPad”lərinə üçüncü tərəf proqramlarını endirə biləcəklər.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et