Artıq "Instagram"a kompüterdən video və şəkil yükləmək mümkün olacaq | Banco.az

Artıq "Instagram"a kompüterdən video və şəkil yükləmək mümkün olacaq

Tamara Mustafayeva, Banco.az

Dünən "Instagram" platforması bu həftə ərzində istifadəçilərin bəyənisinə təqdim ediləcək bir neçə yeni funksiya elan edib.

Banco.az xarici mətbuata istinadla xəbər verir ki, platformanın tətbiq etməyə hazırlaşdığı yeniliklər istifadəçilərə bir-biri ilə əməkdaşlıq etməyə, ianələr toplamağa və "Reels" bölməsinin musiqilərindən daha yaxşı istifadə etməyə imkan yaradacaq. Şirkətin yeniliklərindən biri də platformanın masaüstü versiyası ilə bağlıdır. Belə ki, yay aylarında sınaq mərhələsi başladılan, platformaya kompüterdən video və fotoşəkil yüklənməsini təmin edən müvafiq yenilik 21 oktyabr tarixindən etibarən dünya miqyasında əlçatan olacaq.

Digər yeni funksiyalar isə həftə ərzində aktivləşdiriləcək ki, onlardan ilki artıq istifadəyə verilən "Collabs"dır.

Ən sərfəli kredit üçün müraciət et

"Instagram" bu funksiyanın hazırda sınaq mərhələsi çərçivəsində məhdud sayda istifadəçinin ixtiyarına verildiyini bildirilib və əlavə edib ki, "Collabs" funksiyası istifadəçilərə həm əsas xəbər lentini ("Feed"), həm də qısa videoları ("Reels") bir-birləri ilə müştərək şəkildə yayımlamağa imkan yaradacaq. Funksiya bir istifadəçinin digərini etiketləməsi ilə aktiv edilir, ancaq daha sonra digəri dəvəti qəbul etməlidir. Belə olduğu təqdirdə, hər iki profil əsas xəbər lenti və ya "Reels" bölməsində əks olunacaq və yayımlanan kontent sözügedən istifadəçilərin izləyicilərinə görünəcək.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et