Artıq bütün istifadəçilər "Instagram" hekayələrinə link əlavə edə biləcək | Banco.az

Artıq bütün istifadəçilər "Instagram" hekayələrinə link əlavə edə biləcək

Tamara Mustafayeva, Banco.az

Yəqin ki, hamımız "Instagram" platformasının "Hekayə" bölməsindən tez-tez istifadə edirik. Məlum olduğu kimi, istifadəçilərin bu bölməyə arzu etdikləri link-ləri əlavə edə bilməsi üçün 10 mindən çox izləyiciyə sahib olmaları tələb edilirdi.

Qısa müddət əvvəl məqalələrimizdən birində platformanın sözügedən funksiyanı bütün istifadəçilər üçün aktivləşdirməyə qərar verdiyini xəbər vermişdik. Nəhayət həmin gün gəlib çatıb və "Instagram" hekayələrə link əlavə etməyi izləyici sayından asılı olmadan hər kəsin ixtiyarına verib. Bununla da, artıq ölkəmizdə də daxil olmaqla, dünyanın istənilən yerində platformadan istifadə edən hər kəs hekayələrinə link əlavə edə və link etiketlərindən istifadə edə biləcək.

Qeyd edək ki, platforma istifadəçi təhlükəsizliyi baxımından səhv məlumat və ya nifrət xarakteri daşıyan video və ya fotoşəkil yayımlayan profillərin isə sözügedən funksiyadan istifadəsinə icazə verməyəcək.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et