Müəllif - Aida İsaq, Banco.az
Ukrayna münaqişəsi və təlabatın artması fonunda İspaniyada donuz əti və pomidorun qiyməti bahalaşıb.
Banco.az xəbər verir ki, bu barədə İspaniyanın ən böyük supermarketlər şəbəkəsi “Mercadona”nın rəhbəri Xuan Royqu bildirib. Onun sözlərinə görə, Ukrayna münaqişəsi pomidorun qiymətinə təsir edib. Çünki qazın qiymətinin kəskin artması Avropanın şimalında pomidor istixanalarının bağlanmasına səbəb olub. Nəticədə ispan pomidorlarının qiyməti 1,39 avrodan 2,05 avroya yüksəlib.
Şikət rəhbəri donuz ətinin bahalaşmasını İspaniyanın ət məhsullarının ən böyük tədarükçülərindən biri hesab edilən Çindən təlabatın artması ilə əlaqələndirib. Onun sözlərinə görə, 2021-ci ilin yanvarında bir kiloqram donuz ətinin qiyməti 1,05 avro təşkil edirdisə, hazırda müvafiq qiymət 1,96 avroya başa gəlir. Beləliklə, o, qeyd edib ki, tələbatdan asılı olaraq supermarketlər ya qiymətləri artırır, ya da satışdan imtina edir.
Bizi sosial şəbəkələrdən izləyin!!