ARPA və Azərbaycan Universitetinin tələbələri arasında görüş keçirilib | Banco.az

ARPA və Azərbaycan Universitetinin tələbələri arasında görüş keçirilib

Dekabrın 16-da  Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyası (ARPA) və  Azərbaycan  Universitetinin Biznes və İqtisadiyyat fakültəsinin Mühasibat və Maliyyə yönümlü ixtisaslarında təhsil alan tələbələr arasında görüş keçirilib.  

ARPA-nın  sədri  Günay Şahbazova təmsil etdiyi qurum haqqında tələbələrə geniş məlumat verərək, ali təhsil müəssisələri ilə əməkdaşlıq əlaqələrinin qurulmasının birliyin öncəlikləri arasında olduğunu qeyd edib.Eyni zamanda gələcəkdə Peşəkar Mühasib olmaq üçün hansı addımlar  atılmalıdır,  Peşəkar Mühasib Sertifikatı necə əldə edilməlidir, ümummiyyətlə PMS nədir və kimlər iştirak edə bilər kimi suallar ətraflı izah edilib və iştirakçıların sualları  cavablandırılıb.

Üzvlər üzrə mütəxəssis Tutu Əliyeva ARPA-nın təqdim etdiyi Üzvlük paketləri, əsasən “Tələbə” üzvlüyünün üstünlükləri haqqında tələbələrə ətraflı məlumat verib.

Təlim və sertifikasiya üzrə mütəxəssis Solmaz Cəfərli Peşəkar Sığortaçı Sertifikasiyası(PSS)  barədə geniş məlumat verib.  PSS ölkəmizdə sığorta sahəsində Azərbaycan dilində olan ilk sertifikasiya proqram olduğunu,  PSS–in tədris proqramı sığorta sahəsində dünyada tanınmış CII (The Chartered insurance Institute) sertifikasiya proqramının tədris materialları (CII-ın rəsmi razılığı ilə) əsasında hazırlanmasını vurğulayıb.

Ən sərfəli kredit üçün müraciət et

Sonda tələblərin Peşəkar Mühasib Sertifikatı,  Peşəkar Sığortaçı Sertifikatı, Üzvlük sistemi barədə, ümumiyyətlə ARPA-ya aid bütün sualları cavablandırılmışdır.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et