ARPA Tələbələr üçün Təcrübə Proqramı elan edir! | Banco.az

ARPA Tələbələr üçün Təcrübə Proqramı elan edir!

Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyası (ARPA) tərəfindən TƏLƏBƏLƏRƏ  3 aylıq təcrübə proqramına start verilir.

Təcrübə proqramının məqsədi tələbə-könüllülərin bacarıqlarının təkmilləşdirilməsi, yeni biliklərə yiyələnmələri və təcrübə qazanmasına şərait yaratmaqdır. 

Tələbələr Təcrübə Proqramında iştirak üçün aşağıdakı istiqamətlərdən biri üzrə müraciət edə bilər:

- Layihələrin idarə olunması;

- Təhsil müəssisələri ilə işin təşkili;

- Regionlar ilə işin təşkili;

- İctimaiyyətlə əlaqələr;

- Beynəlxalq əlaqələr;

- Kargüzarlıq.

- İT

Təcrübə proqramına qoşulmaq üçün şərtlər:
- 18-21 yaş aralığında olmalı;
- tələbə-könüllü olmalı;
- komanda ilə işləmə bacarığı;
- yenilikçi və interaktiv olmalı;
- təşkilatçılıq və idarəetmə bacarığı;
- xarici dil biliyinin olması arzuolunandır;
- “Microsoft Office” proqramlarında işləmə bacarığı.

Ən sərfəli kredit üçün müraciət et

Maraqlanan şəxslər CV-lərini [email protected] e-mail ünvanına göndərə bilər. Son qeydiyyat tarixi:  3 İYUN 2022-ci il

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

İnstagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et