ARPA-nın rəsmi veb saytı – YENİ DİZAYNDA | Banco.az

ARPA-nın rəsmi veb saytı – YENİ DİZAYNDA

Ölkənin aparıcı ictimai birliklərindən olan Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyası (ARPA) korporativ rəsmi veb saytını ( https://arpa.org.az/ ) tam yeni dizaynda təqdim edib.

Yeni tərtibatda hazırlanmış sayt müştəriyönümlü olmaqla əvvəlki versiyadan bir çox üstünlükləri ilə fərqlənir.

Belə ki, görülmüş işlər nəticəsində saytın yeni versiyasına bir sıra əlavələr edilib. Yenilənmə işləri çərcivəsində müasir üslüblu dizaynla yanaşı ,ARPA terminaloqiya lüğəti, üzvlük proqramları, assosiasiya tərəfindən keçirilən təlimlər haqqında məlumat əldə etmək olur . Eyni zamanda saytın xəbər və məlumatlar hissəsi yenilərək oxuculara mütamadi olaraq yeni xəbərlər təqdim olunur. Qeyd etmək istərdi ki, ARPA-nın üzvləri tərəfindən yazılan məqalələr [email protected] email ünvanına göndərilərək saytda yerləşdiriləcək.

Bir sözlə müştəriyönümlü yeni tərtibatlı sayta daxil olan ziyarətçilər ARPA ilə bağlı istənilən təlim, forum, seminar və digər xəbərləri asanlıqla əldə edə bilərlər.

Nəzərinizə çatdırmaq istərdik ki, qeyd olunan linkə keçid edərək Fərdi(https://arpa.org.az/f%C9%99rdi-uzvluk/) və Korporativ (https://arpa.org.az/pes%C9%99k%C9%99r-uzvluk/ ) Üzvlük paketləri haqqında məlumat əldə etmək olar.

Ən sərfəli kredit üçün müraciət et

Xatırladaq ki, ARPA 2009-cu ildən fəaliyyət göstərir. Qurumun məqsədi ölkədə maliyyə ,sığorta və idarəetmə sahəsində, xüsusilə mühasibatlıq və risklərin  idarə olunması istiqamətində peşəkar yanaşmaların tətbiqinə təkan vermək və bu yolla Azərbaycanda iqtisadiyyatın dayanıqlı inkişafına töhfə verməkdir. 

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et