ARPA Mühasibləri Peşəkar Üzvlüyə Dəvət Edir! | Banco.az

ARPA Mühasibləri Peşəkar Üzvlüyə Dəvət Edir!

“Peşəkar Mühasib Təşkilatı” kimi akkreditasiyadan keçmiş Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyası (ARPA) – “Peşəkar mühasib sertifikatının verilməsi prosesinin təşkili, imtahanların keçirilməsi və peşəkar mühasib sertifikatı almış şəxslərin dövlət reyestrinin aparılması Qaydaları”nın təsdiq edilməsi haqqında AR Nazirlər Kabinetinin  2019-cu il 22 may tarixli № 237 nömrəli Qərarına – əsasən “Peşəkar Mühasib Sertifikatına” namizəd mühasibləri “Peşəkar Üzvlüyə” dəvət edir.

Peşəkar Mühasib Sertifikatını əldə etmək üçün qoyulan tələblərdən biri də məhz peşəkar mühasib təşkilatına üzv olmaqdır. Bu səbəbdən  “Peşəkar Üzvlük” “Peşəkar Mühasib Sertifikatı”nın əldə edilməsində əhəmiyyətli rol oynayır.  

Azərbaycan Respublikasında peşəkar mühasib hüququnu əldə etmək üçün aşağıdakılar tələb olunur:

  • "Mühasibat uçotu haqqında" AR Qanununa uyğun olaraq peşəkar mühasiblər üçün nəzərdə tutulmuş müvafiq sertifikata sahib olmaq;
  • Peşəkar mühasib təşkilatının üzvü olmaq;

Qeyd edək ki, ARPA Peşəkar Üzvlükdən qeydiyyatdan keçən şəxslərə bir çox üstünlüklər də  təqdim edir.   

Daha ətraflı – http://arpa.org.az/az/ferdi-uzvluk-paketleri/

Ən sərfəli kredit üçün müraciət et

Əlaqələndirici şəxs: Səadət Hüseynli

Tel: (+99455) 202 93 43; (+99412) 505 00 56

WhatsApp: (+99455) 202 93 43

Email: [email protected]   

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et