ARPA “İşçilərin icbari sığortası” mövzusunda vebinar keçirdi | Banco.az

ARPA “İşçilərin icbari sığortası” mövzusunda vebinar keçirdi

Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyası (ARPA) tərəfindən 16 yanvar 2021-ci il tarixində “İşçilərin İcbari Sığortası” (İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta) mövzusunda vebinar keçirmişdir.

Vebinarda “Atəşgah Sığorta” şirkətinin korporativ mütəxəssisi, “Peşəkar Sığortaçı” (PSS) sertifikatının sahibi, KOBİA (Kiçik və Orta Biznesin İnkişafı Agentliyi) - da, həmçinin Universitas International təlim şirkətində sığorta üzrə təlimçi Ramidə Alıyeva təqdimatçı qismində iştirak etmişdir. İnteraktiv formada keçirilən vebinarda  icbari sığortanın əhəmiyyəti, qanunvericilikdə  sığortalının hüquqları və vəzifələri ilə bağlı mövzular müzakirə edilərək iştirakçıların sualları cavablandırılmışdır.

Bizi sosial şəbəkələrdən izləyin!!

Ən sərfəli kredit üçün müraciət et

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et