ARPA İnsan Resursları sahəsi üzrə seminar keçirəcək | Banco.az

ARPA İnsan Resursları sahəsi üzrə seminar keçirəcək

Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyası (ARPA) iyun ayının 1-də daha bir seminara (master klass) start verir. 

Seminar İnsan Resursları istiqamətində  “Effektivliyin İdarə Edilməsi və Təşkilati İnkişaf“  (Performance Management  and Organization Development) mövzusunu əhatə edəcək.

ARPA-nın baş ofisində keçiriləcək seminarın spikeri potensialın artırılması üzrə ekspert Araz Paşayevdir.

Qeyd edək ki, seminar ARPA üzvləri üçün ödənişsizdir. Qeyri-üzv iştirakçılar üçün iştirak haqqı 50 AZN-dir.

Ən sərfəli kredit üçün müraciət et

Semianrda iştirak etmək istəyənlər şəxslər [email protected] elektron ünvnına yazaraq müraciət edə və ya (+99412) 505 00 56 nömrəisi ilə əlaqə saxlaya bilərlər.

Xatırladaq ki, ARPA 2009-cu ildən fəaliyyət göstərir. Qurumun məqsədi ölkədə maliyyə və idarəetmə sahəsində, xüsusilə mühasibatlıq və risklərin  idarə olunması istiqamətində peşəkar yanaşmaların tətbiqinə təkan vermək və bu yolla Azərbaycanda iqtisadiyyatın dayanıqlı inkişafına töhfə verməkdir.

Ən sərfəli krediti almaq üçün müraciət et