Azərbaycan Mühasiblər Risk Peşəkarları Assosiyasiyasında (ARPA) “Pul hərəkətləri hesabatı” mövzusunda seminar keçirilmişdir. Seminarın spikeri müstəqil ekspert Davud Məmmədov idi.
2 saatlıq proqram çərçivəsində Xalq Sığorta, Azərbaycan Sənaye Sığorta ,Exspress Bank,ATA Bank və Bank Avrasiyanın əməkdaşları ilə pul hərəkətləri hesabatının quruluşu, hazırlanma metodları və hesabata dair Beynəlxalq standartların tələbləri müzakirə olunmuşdur. Hesabatın şirkətin idarə olunması baxımından rəhbər işçilərə faydalı olması seminar zamanı xüsusi vurğulanmışdır. Həmçinin nümunə olaraq bir müəssisə üzərində pul hərəkətləri hesabatının hər iki metodla hazırlanmasının praktiki misalına da baxılmışdır.
Seminarın sonunda iştirakçılar ilə interaktiv formatda sual-cavab sessiyası keçirilmişdir.
Qeyd etmək istərdik ki, Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyası İctimai Birliyi ölkədə maliyyə və idarəetmə sahəsində, xüsusilə mühasibatlıq və risklərin idarə olunması istiqamətində peşəkar yanaşmaların tətbiqinə təkan və bu yolla Azərbaycanda iqtisadiyyatın dayanıqlı inkişafına töhfə vermək məqsədi ilə 19 mart 2009-cu ildə təsis edilmişdir. ARPA İB-nin 1000-dən çox fərdi, 12 korporativ üzvü vardır.