Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyası (ARPA) tərəfindən 15 MAY 2022-ci il tarixində Peşəkar Sığortaçı Sertifikasiyası (PSS) üzrə növbəti imtahan keçirildi.
“Sığorta işi üzrə qanunvericilik” (PSS 1.3) imtahanında Azərbaycan Respublikasının Təhsil İnstitutunun Baş mütəxəssisi, sığorta ixtisası üzrə müəllim İlahə Ümidli və “Atəşgah Sığorta” şirkətinin əməkdaşları- Elnur Zeynalov, Rövşən Rüstəmov qeyd edilən səviyyə üzrə imtahanı müvəffəqiyyətlə keçdilər.
Sertifikasiya proqramının hədəf auditoriyası - sığorta şirkətlərinin əməkdaşları, fərdi sığorta agentləri və mütəxəssisləri, karyerasını sığorta sahəsində qurmaq istəyən ali təhsilli şəxslər və sığorta sahəsinə marağı olan tələbələrdir.
Qeyd edək ki, PSS sertifikasiya proqramı yerli sığorta şirkətlərinin tənzimləyici
orqanları tərəfindən dəstəkləndiyi üçün sığorta şirkətlərinin əməkdaşlarının qiymətləndirilməsində istifadə oluna biləcək yeganə vasitədir.
Bizi sosial şəbəkələrdən izləyin!!