Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyası (ARPA) “Aparıcı mühasib” vakansiyası üzrə işçi qəbulu elan edir.
Namizədə aid tələblər:
- Ali təhsil (Maliyyə, İqtisadiyyat, mühasibat uçotu sahəsində təhsili olan namizədlərə üstünlük verilir);
- AR Əmək Məcəlləsi və Vergi Məcəllələrini bilmək;
- 1C, BTP, Excel, Elektron Hökümət Portalında sərbəst işləmək bacarığı.
- Azərbaycan dilində mükəmməl, rus və ingilis dilini yaxşı səviyyədə bilmək
- Müvafiq sahədə min. 3 il iş təcrübəsi;
İş barədə:
- Şirkətin maliyyə-təsərrüfat fəaliyyətinin mühasibat uçotu və hesabat sənədlərində əks etdirilməsi üzrə fəaliyyətin təşkili və onun icrasına nəzarət;
- Vergi hesabatlarının (Sadələşdirilmiş, Gəlir, ƏDV, ÖMV, Mənfəət) hazırlanması və təqdim edilməsi;
- DSMF, İşizlik, Statistik hesabatlarının hazırlanması və təqdim edilməsi;
- EQF, HF tərtib olunması və göndərilməsi;
- Bank hesabları və kassa üzrə ödənişlərin həyata keçirilməsi;
- Vergi organı ilə yazışmaların aparılması;
- Aylıq əmək haqqı cədvəllərinin hesablanması və hazırlanması, işçilərin əmək haqqlarının və digər ödənişlərinin aparılması;
- Kadr işinin aparılması;
- Xəstəlik, məzuniyyət, hamiləlik vərəqələri üzrə ödənişlərin hesablanması və bununla bağlı DSMF-yə təqdim olunmalı sənədlərin hazırlanması;
- Rəhbərlik tərəfindən mühasibatlığa dair verilən digər tapşırıqları icra etmək.
İş qrafiki: 1-5 günlər, saat 09:00-dan 18:00-dək.
Uyğun namizədlərdən [email protected] mailinə CV-lərini göndərmələri xahiş olunur.
Bizi sosial şəbəkələrdən izləyin!!