ARPA “ACCA F7 (Financial Reporting)” təliminə qeydiyyat elan edir! | Banco.az

ARPA “ACCA F7 (Financial Reporting)” təliminə qeydiyyat elan edir!

Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyası (ARPA) ACCA F7 (Financial Reporting - Maliyyə Hesabatları) təliminə qeydiyyat elan edir!

ACCA (The Association of Chartered Certified Accountants) – İmtiyazlı Sertifikatlaşdırılmış Mühasiblər Assosiyasiyası – dünyada ən geniş yayılmış beynəlxalq professional assosiyasiyadır. Bu assosiyasiyada 170 ölkədən 435.000 tələbə və 154.000 üzv qeydiyyatdadır. ACCA maliyyə və audit müəssisələrində, mühasibat sahəsində, banklarda işləmək istəyən professionallar üçün xüsusi diplom verir. Bu diplomlar 14 imtahandan müvəffəqiyyətlə keçən iştirakçılara verilir. Onlardan biri F7 Financial Reporting imtahanıdır.

F7 (Financial Reporting) ACCA kvalifikasiyasının “Fundamentals Skills” modulunun əsas imtahanlarından biridir. Bu təlim iştirakçılarda mühasibat uçotu standartlarının anlayışı və tətbiqini, həmçinin nəzəri, normativ baza qruplarının və ayrı-ayrı şəxslərin maliyyə hesabatlarının hazırlanılması sahəsi üzrə bilik və bacarıqlarını inkişaf etdirmək üçün nəzərdə tutulub. Sizlər bu təlimdə həmçinin maliyyə hesabatlarının necə analizinin aparılmasını və interpretasiyasının edilməsini öyrənəcəksiniz.

Tədris dili: İngilis dili (Təlimçi tərəfindən izahlar Azərbaycan dilində ediləcək)

Təlimçi: Elşən Şahverdiyev (ACCA-nın F1, F2, F3, F4, F5, F6, F7, F8, F9 və P2 sertifikatlarına sahibdir)

Təlim müddəti: Dərslər 3 ay (52 saat) müddəti ərzində həftədə 2 dəfə, hər dərs 2 saat olmaqla keçiriləcəkdir.

Nəzərinizə çatdırmaq istərdik ki, ARPA-nın üzvlük sistemində qeydiyyatdan keçmiş iştirakçılara 5% endirim nəzərdə tutulmuşdur.

Əlaqələndirci şəxs: Leyla Mayıl

Tel: (+99455) 202 93 43; (+99412) 505 00 56

WhatsApp: (+99455) 202 93 43

Mail: [email protected]

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram