ARPA “ACCA F3 (Financial Accounting)” təliminə qeydiyyat elan edir! | Banco.az

ARPA “ACCA F3 (Financial Accounting)” təliminə qeydiyyat elan edir!

Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyası (ARPA) ACCA F3 (Financial Accounting-Maliyyə uçotu) təliminə qeydiyyat elan edir!

ACCA (The Association of Chartered Certified Accountants) – İmtiyazlı Sertifikatlaşdırılmış Mühasiblər Assosiyasiyası – dünyada ən geniş yayılmış beynəlxalq professional assosiyasiyadır. Bu assosiyasiyada 170 ölkədən 435.000 tələbə və 154.000 üzv qeydiyyatdadır. ACCA maliyyə və audit müəssisələrində, mühasibat sahəsində, banklarda işləmək istəyən professionallar üçün xüsusi diplom verir. Bu diplomlar 14 imtahandan müvəffəqiyyətlə keçən iştirakçılara verilir. Onlardan biri F3 imtahanıdır.

ACCA F3 - maliyyə uçotu, mühasibatlıq üzrə biliklərin təkmilləşdirilməsidir.

Tədris dili: İngilis (Təlimçi tərəfindən izahlar Azərbaycan dilində ediləcək)

Təlimçi: Elşən Şahverdiyev (ACCA-nın F1, F2, F3, F4, F5, F6, F7, F8, F9, və P2 sertifikatlarına sahibdir)

Təlim müddəti: Dərslər 4 ay (64 saat) müddət ərzində həftədə 2 dəfə, hər dərs 2 saat olmaqla keçiriləcəkdir.

Nəzərinizə çatdırmaq istərdik ki, ARPA-nın üzvlük sistemində qeydiyyatdan keçmiş iştirakçılara 5% endirim nəzərdə tutulmuşdur.

Ən sərfəli kredit üçün müraciət et

Əlaqələndirci şəxs: Leyla Mayıl

Tel: (+99455) 202 93 43; (+99412) 505 00 56

WhatsApp: (+99455) 202 93 43

Mail: [email protected]

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et