Müəllif:Mehin Qasımova/Banco.az
Argentina Maylinin islahatları fonunda öz kvazivalyutasını buraxacaq.
Banco.az xarici mediaya istinadla xəbər verir ki, hakimiyyət bu qərarı ölkədə kəskinləşən iqtisadi böhranla mübarizə üçün qəbul edib.
Kvazivalyutanın 15 milyard peso məbləğində buraxılması planlaşdırılır.
Məlumata görə,bu addım ölkəni maliyyələşdirmək üçün lazımdır, çünki vəsait federal büdcədən gəlmir.
Hakimiyyət valyutanı BOCADE adlandırmağı planlaşdırır (İspan dilində “borcun ödənilməsi üçün istiqraz”ın abbreviaturasıdır).Yeni valyuta virtual olacaq, onun köməyi ilə onlar bölgədəki dövlət qulluqçularına maaşlarının 30 faizinə qədər maaş verməyə ümid edirlər.
Xatırladaq ki, 2023-cü ilin sonunda Argentinada inflyasiya 211,4 faizə çatıb ki, bu da son 30 ildən çox müddətdə ən pis nəticə olub. Bununla yanaşı, dekabrda istehlak qiymətləri 25,5 faiz artıb. Ekspertlər qiymət artımının ən azı yanvar və fevral aylarında dinamik olaraq qalacağını, Beynəlxalq Valyuta Fondu (BVF) isə bu il ölkədə ÜDM-in 2,5 faiz azalacağını gözləyir.
Bizi sosial şəbəkələrdən izləyin!!